“Ermənistanın bütün dünyaya baxışı Azərbaycanafobiyadan keçir” ÖZƏL-MÜNASİBƏT

Əslində Ermənistanın daxılı və xarici siyasətində Azərbaycanafobiyanın təsirli rol oynadığını bütün azərbaycanlılar da, Dağlıq Qarabağ münaqişəsinə bələd olan beynəlxalq ekspertlər də bilirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktorunun sözlərinə görə, indi yeni bir keyfiyyət mərhələsi yaranıb və o da ondan ibarətdir ki, artıq bəlli oldu ki, Ermənistanın öz daxilinə və bütün dünyaya baxışı Azərbaycanafobiyadan, ksenofobiyadan keçir.
“Təki Azərbaycana pis olsun, təki Azərbaycanla münasibətlər qurulmasın deyə Ermənistan bütün dünyadakı işini belə qurur. Bu çox vacib sübutdur, çünki Ermənistan Azərbaycan Prezidentinin təşəbbüsünə qoşuldu-qoşulmadı fərqi yoxdur, artıq o təşəbbüs baş tutacaq. Hazırda 130 dövlət dəstəkləyir və bundan sonra da dəstəkləyənlərin sayı artacaq. BMT-də 200-ə yaxın dövlət var. Hətta BMT Baş Assambleyasının iclasında iştirak edən dövlət 50+1 faizi səs verirsə artıq bu qərar qəbul edilmiş hesab olunur. Yəni, deməkdə məqsədim odur ki, 130 ölkənin səsi bizə kifayət qədər yetərlidir, bəsdir ki, biz öz istədiyimizi keçirək.

Eyni zamanda burada bəlli olub ki, yeni yaranmış vəziyyətə də ən çox uyğunlaşan lider Azərbaycan Prezidentidir. Mən Amerika, ABŞ prezidentini görmüşəm ki, 4-5 sayda beynəlxalq müşavirə keçirib. Söhbət videokonfrans formatından gedir. Həmçinin Rusiya prezidentini görmüşəm ki, o da təxminən 2-3 videokonfrans keçirib. Üst-üstə götürəndə Cənab İlham Əliyev beşə yaxın beynəlxalq miqyaslı videokonfrans keçirib. Bu həm qoşulmama hərəkatına aiddir, həm Türkdilli Şuraya aiddir, həm ayrı-ayrı tanınmış İnformasiya Texnologiyaları şirkətləri ilə keçirilən konfranslara aiddir, bir də ölkə başçısı dünya miqyasında pandemiyaya qarşı videokonfransın, videosammitin tərəfdarıdır və bu da qəbul olunub. Yəni, bəlli olacaq ki, Azərbaycan və Ermənistan tamam fərqli bir dünyada, fərqli aləmdə yaşayır. Ermənistan bir tərəfdən yalvarır ki, 3 dövlət, 5 dövlət 5-10 dənə həkim göndərsin. Bir milyon dollardan ötrü hətta Ermənistan yalvarır ki, koronavirusa yardım etsinlər. Amma Cənab İlham Əliyev bütün dünya üçün nəinki koronavirusdan qurtulmaq, hətta koronavirusdan sonrakı bərpa ilə bağlı proseslərin yol göstərəni rolundadır. Yəni, ATƏT-in Minsk Qrupu həmsədrlərinə pay düşür ki, daha cidanı çuvalda gizlətmək mümkün deyil. Ay, dəvəquşu siyasəti aparan ATƏT-in Minsk Qrupu həmsədrləri daha bundan artıq Ermənistan nə etməlidir ki, siz Ermənistana aşkar şəkildə deməlisiz? Azərbaycanla Ermənistan arasında balans yaratmaqdan əl çəkin. İşğalçı ilə işğala məruz qalanı bərabər tutmaqdan əl çəkin. Adını deyin ki, Ermənistan normal dövlət deyil, normal idarəçilik sisteminə malik deyil”, deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...