“Ermənistanın turizm agentlikləri bağlanmaq astanasındadır” “Joxovurd qəzeti yazır”

Ermənistanda turizm agentlikləri bütün dünyada yayılmış və sərhədləri bağlayan koronavirus epidemiyası səbəbiylə bağlanmaq ərəfəsindədirlər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

“Vardan səyahət” turizm agentliyinin direktoru Vardan Sarkisyan, armlur.am saytına verdiyi müsahibədə agentliyin işçilərinin üç ay evdən işlədiyini söyləyib. "Bazarı tanıdığım üçün deməliyəm ki, bir çox turizm agentliyi bağlanmışdır. Çünki insanlar icarə pulunu verə bilmir və obyektlərini özləri icarəyə verirlər. Bunun nəticəsində bir çox vətəndaş işsiz qalır. Vəziyyət turizm sənayesinə mənfi təsir göstərib", deyə Vardan Sarkisyan bildirib.
Nəşr turizm şirkətlərinin ağır maliyyə itkisi etdiyini də qeyd edir. "Vardan səyahət" agentliyinin direktorunun sözlərinə görə, onlar da itki veriblər.

"Əgər qazana biləcəyimiz qazancı da əlavə etsək, yenə də itkilər çox böyükdür. Əslində, may-avqust ayları arası turizm agentlikləri üçün zirvə mövsümüdür və hamının dincəlməyə yollandığı vaxtdır. Bu zaman fasiləsində qazancımız olmadığına görə əlavə xərc çəkirik, vəsait itiririk. Məsələn, hər ay binalar üçün kirayə haqqı ödəyirəm. Hər gün itkilərimiz olur", deyə sözügedən turizm agentliyinin direktoru etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə