Qənimət Zahidin “Bizim işimiz hökuməti şərləməkdir” etirafına müxalifətdən cavab ŞƏRH + RƏYLƏR

“Milli Şura”nın növbəti “zoom” toplantısının sözün əsl mənasında qeybət və qarşılıqlı ələsalma mərkəzi kimi tanınması prosesi bu dəfə də öz təsdiqini tapmış oldu. Belə ki, bu qurumun koordinasiya mərkəzinin riyakarlıq və şəratmaq “orqanı” olması da kimsəyə sirr deyil. Xüsusilə, bir-birlərini ələ salan fikirləri ilə də yadda qalan qurum təmsilçilərinin bu qədər rəzil vəziyyətə düşmələrinin açıq-aşkar göstəricisi də deyilənləri əks etdirməkdədir.

Onlar özləri ilə yanaşı, xalqı da aldatdıqlarını, ələ saldıqlarını sübuta yetirirlər

Hətta toplantılarının məğzini, mövzusunu belə bilməyən “Milli Şura”nın koordinasiya mərkəzinin təmsilçiləri bir sıra etiraflarda da bulunmaqdadırlar. Məsələn, koordinasiya şurasının üzvü Vahid Məhərrəmlinin “Bekarçılıqdı, tema da yoxdu, gəlin biz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz verməyəcəklər, amma biz bunu görüntü üçün də olsa ona görə deməliyik ki, xalq da görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq” ifadəsi artıq onların gerçək mahiyyətlərini də nümayiş etdirir. Onlar özləri ilə yanaşı, xalqı da aldatdıqlarını, ələ saldıqlarını sübuta yetirirlər.

Gültəkin Hacıbəylinin isə “Vidadi keçəl kişi də olsa simpatiçnidi” ifadəsi onun həqiqətən də, daxilindəki hansı “hisslərə” sahib olduğunu göstərir.

Maraqlı məqamlardan biri də budur ki, bu gün “Milli Şura” ittiham olunarkən, AXCP tərəfdarları deyirlər ki, “Milli Şura”nın bizə nə aidiyyatı var, özləri bilərlər. Amma fakt budur ki, “Milli Şura”nın dolayısı sədri məhz AXCP sədri Əli Kərimli, onun müavinləri isə Vahid Məhərrəmli, Qənimət Zahid, Rəhim Hacıyevdir...

Yeri gəlmişkən, Q.Zahidin “zoom” iclasda istər zarafat, istərsə də ciddi şəkildə işilərinin hakimiyyəti şərləməkdən ibarət olmasını deməsi elə müxalifət düşərgəsində də ciddi etiraza səbəb olub.

“Azadlıq” partiyasının sədri Əhməd Oruc: “Guya ki, Qənimət bəy belə bir ironik vəziyyətdə hazırcavablıqmı edib, kreativlikmi göstərib..?”

“Azadlıq” partiyasının sədri Əhməd Oruc bununla bağlı SİA-ya açıqlamasında bildirib ki, məhz “Milli Şura”da baş verən bu kimi məsələlər adıçəkilən qurumun hansı vəziyyətə gəlib-çıxmasının göstəricisidir.

“Zamanında sübuta yetirildi ki, bu Rusiyanın proyektidir. Əgər nəzərə alarsaq ki, orada təmsil olunanlar kimlərdir, bu zaman həmin qurumun ciddiyyətə alınması mümkünsüzadür”, deyən Ə.Oruca görə, bu gün “Milli Şura”nın “fəxri sədrinin” Moskvada olması, həqiqi sədrinin ABŞ-da olması, real sədrinin isə Bakıda olması kimi məsələlər onların ciddiyə alınmalarına imkan vermir: “Guya Qənimət bəy belə bir ironik vəziyyətdə hazırcavablıqmı edib, kreativlikmi göstərib, amma bu uğursuz alınıb”.

“Azadlıq” partiyasının sədrinin sözlərinə görə, hakimiyyətin çoxpartiyalılıq sisteminə yenidən baxacağı halda, müzakirələrin davam etdiriləcəyi halında bu cür qeyri-ciddi, ifrat radikal, milli maraqlara uyğun olmayan siyasi təşkilatlar ya fəaliyyətlərini dayandıracaqlar, ya da fəaliyyətlərinə redaktə etməli olacaqlar.

ANAP sədri Abutalıb Səmədov: “Onlar yalnız hakimiyyəti deyil, xalqı da şərləyirlər”

Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov isə qeyd edib ki, radikal düşərgə təmsilçilərinin fəaliyyətləri 27 ildir ki, məhz bundan ibarətdir: “Onların son zoom” toplantılarının nədən ibarət olduğu da bunu göstərir. Həqiqətdir ki, belə vəziyyət neçə ildir bu cür davam edir. Onların bəyanatları xalqda narazılıq və hiddət yaradır. Yəni onlar yalnız hakimiyyəti deyil, xalqı da şərləyirlər və həqiqətən də xalqa pislik arzulayandırlar. Bu insanlara nəinki hakimyyəti, ümumiyyətlə heç nəyi etibar etmək olmaz. Düşünürəm ki, əgər Q.Zahid və digərləri artıq nə danışdıqlarının fərqinə varmırlarsa, demək ki, onlar daha betər virusa yoluxublar. Hətta deyərdim ki, koronavirus ən böyük zərbəni məhz onlara vurdu”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...