Bəli, bu faktordur. Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etməsinin əsas səbəblərindən birinin işğalçı ölkənin beynəlxalq hüquq normalarına hörmətsizliyidirsə, digər tərəfdən dünya birliyinin bu ədalətsizliyə seyirçi mövqe nümayiş etdirməsi, ikili standartları və siyasi riyakarlığıdır. Bu vaxta qədər Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiq edilməməsi, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalması, münaqişənin nizamlanmasında vasitəçiliyi öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırıb.
Politoloqların sözlərinə görə, xalqın sabaha ümid bəsləyərək baş nazir kürsüsündə əyləşdirdiyi Nikol Paşinyan da “erməni xəstəliyindən” yaxa qurtara bilməyəcək. N.Paşinyanın köhnə iqtidarın buraxdığı səhvlərdən nəticə çıxarmağa maraq göstərməməsi, xalqının düşdüyü ağır, dəhşətli vəziyyətdən xilasına heç bir cəhd etməməsi son günlər baş verənlərdən açıq-aydın nəzərə çarpır. Və küçədən hakimiyyətə gələn bu “küçə qəhrəmanı” utanıb-qızarmadan, həyasızcasına bildirir ki, onun hüquqi və mənəvi baxımdan Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa heç bir haqqı yoxdur. Əsas arqument kimi isə “DQR”-in müstəqil ölkə” olduğunu, indiki vəzifəyə seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiklərini xatırladır.
O zaman belə bir sual yaranır: “DQR”, doğrudan da, müstəqil ölkədirsə, o zaman Ermənistanın hərbi hissələri hansı əsasla Dağlıq Qarabağda yerləşdirilib, hansı əsasla Ermənistan vətəndaşları bu ərazidə hərbi xidmət keçirlər?
Çünki, iki ilə yaxın bir müddətdə Paşinyan xalqa verdiyi vədlərin heç birinə əməl etməyib və Paşinyan dediklərinin məntiqsiz olmasını özü də yaxşı anlayır. Və onu da anlayır ki, çox keçməyəcək ki, yürütdüyü bu siyasətlə də uçurum qarşısında olan Ermənistan tezliklə dərənin dibinə yuvarlanacaq. Hadisələrin gedişi də bunu aydın göstərir. Bu məqamda bir el məsəlini xatırlatmaq istərdim. İtə deyirlər ki, niyə quyruğunu bulayırsan, qayıdır ki, qorxuram, bəs niyə hürürsən, onda da cavab verir ki, qorxuduram.
Bəli, Paşinyan indi qorxudur, amma yaxşı bilir ki, bu hədənin real əsası yoxdur. Çünki Ermənistan bir dövlət olaraq iflas həddindədir, sosial-iqtisadi, siyasi böhran şəraitində boğulur, əhali aclıq və səfalət içərisində yaşayır, cəmiyyətin müqavimət imkanları getdikcə tükənir.
Azərbaycanın isə artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diktə etməsinə gətirib çıxarıb. Belə bir şəraitdə isə işğalçı dövlət Azərbaycan torpaqlarını uzun müddət tapdaq altında saxlaya bilməz. Digər tərəfdən də, BMT və digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Erməni publisist: "Paşinyan Ermənistanda yalan danışmağı səlis bacarır"
Erməni publisist Vahan İşxanyan Paşinyanın Ermənistanda yalan danışmağı səlis bacardığını deyərək, Azərbaycan Prezidenti İlham Əliyev qarşısında dəfələrlə həqiqəti hıqqanaraq da söyləyə bilməsini Nikola xatırladaraq bildirib ki, hər zaman yalan danışdığı məlumdur, çünki həqiqəti bilmir: "Paşinyanın nə siyasi, nə iqtisadi sahədə savadı sıfırdırsa, Azərbaycan Prezidenti İlham Əliyev kimi bir dahi diplomatla üz-üzə gölməsi gülüş doğurub. Elə keçirilə görüşlərdə də Prezident İlham Əliyev Qarabağ müzakirələrində də konkret faktlarla Paşinyanı darmadağın edib. Və dünya ictimaiyyəti dəfələrlə Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunun şahididir. Paşinyan isə artıq son günlərini yaşayır, erməni xalqı onu gəldiyi yerə də tez bir zamanda atacaq".
Paşinyan səhvlərini etiraf etməyə başlayıb
Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu iki ildən artıq bir müddətdə ilk dəfədir ki, buraxılan səhvlərdən bəhs etməyə başlayıb. Koronavirus pandemiyasının öhdəsindən gəlməkdə çətinlik çəkdiklərini etiraf edən baş nazir komendatura tərəfindən tətbiq edilən məhdudiyyətlərin lazımi şəkildə icra olunmadığını vurğulayıb. "Ümid edirəm ki, biz buraxdığımız səhvlərdən nəticə çıxaracağıq və tətbiq etdiyimiz qaydalara sərt əməl olunacaq”, - deyə "News.am” baş nazirin fikirlərini sitat kimi verib. Sayt yazır ki, "baş nazir ilk dəfədir ki, buraxılan səhvlərdən bəhs edib”. Baş nazir ardınca bu və digər məsələlərlə bağlı Ermənistanın polis rəisi ilə görüşüb müzakirə aparacağını da deyib: "Biz vəd etdiyimiz kimi, heç bir informasiyanı gizlətməyəcəyik. İndi belə şübhələr var ki, rəqəmlər şişirdilir. Axı niyə rəqəmləri şişirdək?”
Bütün bunların fonunda Ermənistanda koronavirus pandemiyası güclənməkdədir. Artıq hökumət aparatının kadrlar şöbəsində iki əməkdaşa koronavirus diaqnozu qoyulub. Bu barədə "Novosti Armeniya”ya N.Paşinyanın mətbuat katibi Mane Gevorkyan məlumat verib. Onun dediyinə görə, koronavirus üçün testdən keçən əməkdaş və onunla təmasda olmuş şəxs təcrid olunublar. M.Gevorkyan srağagün işçilərin hərarətinin ölçüldüyünü və onlardan birinin temperaturunun yüksək olduğunu söyləmişdi. Test aparılıb və onunla təmasda olmuş şəxslərin dairəsi müəyyənləşdirilib.
Media yazır ki, Ermənistanda epidemiya sürətlə davam edərkən, hökumət iqtisadiyyat sahələrini açmaqdadır. Koronavirus infeksiyası halları daha aşağı olduğu vaxt, fövqəladə vəziyyət elan edildi. İndi yoluxmuş insanların sayı bir neçə dəfə çox olduğu bir vaxtda, Paşinyan hökuməti, demək olar ki, bütün məhdudiyyətləri ləğv edərək, xalqın aqibətini taleyin ümidinə buraxır. Təsadüfi deyil ki, Ermənistanda infeksiyanın yayılması Gürcüstanla müqayisədə bir neçə dəfə çoxdur. Gürcüstanda yoluxmuş insanların sayı 600-dən bir qədər artıq, Ermənistanda isə bu rəqəm 3 mindən çoxdur. Gürcüstanda koronavirusdan ölənlərin sayı 10 nəfərə çatmır, Ermənistanda 40 nəfərə yaxınlaşır. Son günlər Gürcüstanda gündəlik 7-8 yeni yoluxma hal qeydə alınıb, Ermənistandakı yeni yoluxma sayı ən azı 110-120-yə çatır.
Ermənistanın çıxış yolu - işğala son qoymaq
Ekspert və şərhçilərin sözlərinə görə, Ermənistanın çıxış yolu işğala son qoymaqdır. Siyasi şərhçi Elçin Mirzəbəyli Paşinyanın Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu artıq qabarıq şəkildə özünü büruzə verməkdədir. Paşinyanın hakimiyyətə gəlməsinə yandırılan yaşıl işığın təsadüfi olmadığını dilə gətirən E.Mirzəbəyli söyləyib ki, Ermənistanda keçirilən seçkilərdə total pozuntulara baxmayaraq, nə Qərb təşkilatları, nə də MDB müşahidəçi missiyası prosesin əleyhinə hər hansı fikir səsləndirmədi: "Görünür ki, hər iki tərəf faktiki olaraq Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Bu, şübhəsiz ki, regionda baş verən proseslərlə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilər"
Ermənistanın xilası Azərbaycanın əlindədir
Və ötən dövr çox aydın şəkildə göstərir ki, Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsi mümkün deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir: "Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini ölkəmizə yönəldib. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir".
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB