Milli Məclisin rəhbərliyi və deputatlar iclasa maska ilə gəldilər

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasda Milli Məclisin Sədri Sahibə Qafarova və onun müavinləri, habelə digər deputatlar tibbi maskadan istifadə edir.

İclasda Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli spikerin iclası aparması üçün maskadan istifadə etməməsini təklif edib.

Təklif qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə