“Azərbaycan Prezidenti öz xalqının, öz vətəndaşının yanındadır” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfransdakı çıxışı nəinki ölkəmizdəki vəziyyəti, eləcə də dünyada beynəlxalq aləmdə baş verən hadisələri qiymətləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev qeyd edib ki, ölkə rəhbəri bu gün dünyanın düşdüyü koronavirus bəlasından danışarkən bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə də önəm verdi və xatırlatdı ki,əgər biz qabaqlayıcı tədbirlər görməsəydik, vaxtında mühüm məsələlər həll olunmasaydı bu xəstəliyin əhatə dairəsi daha da arta bilərdi, daha da böyük itkilər yarada bilərdi: “Azərbaycan hökuməti, Azərbaycan vətəndaşları çox böyük səy göstərdi və birlikdə bu bəlanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbər olundu. Əlbəttə ki, ölkə rəhbəri xəstəliyin yayılmasından, xəstəliyin daha geniş çərçivədə tüğyan etməsindən ehtiyatlanır və həyata keçirilən tədbirlər onu deməyə imkan verir ki, bu xəstəliyin qarşısı alınacaq. Çünki, ölkə rəhbərinin təşəbbüsü ilə lap ilk gündən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və bu qərargah müəyyən çox ciddi səlahiyyətləri öz üzərinə götürərək əhalinin sağlamlığı üçün mühüm tədbirlər görməyə başladı. Dövlət tərəfindən ilk öncə bir milyard vəsait ayrıldı və sonra bu vəsait 2,5 milyarda çatdırıldı. Bu xəstəliyin qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilir, tədbirlər planı hazırlanıb, artıq nəzərdə tutulur ki, 1 milyondan artıq insanın maddi təminatı ödəniləcək və bu xəstəliyin nəticəsində müalicə olunanların, həyatını itirənlərin bütün xərcləri dövlətin üzərinə götürülübdür. Digər tərəfdən bir çox sahələrdə güzəştlər tətbiq olunub. Məsələn, tələbələrə, imkansız ailələrə güzəştlər tətbiq olunub, enerjinin istehlak həcmi artırılıb, digər tərəfdən əlavə çox ciddi tədbirlər də görülür. Artıq karantin rejimi tətbiq olunub, bir çox müəssisələrin işi dayandırılıb, məktəblər dayandırılıb".
Millət vəkili qeyd edib ki, belə bir şəraitdə ölkə rəhbəri iqtisadiyyatdan danışarkən bütün bunların Azərbaycan iqtisadiyyatından da yan keçmədiyini xatırlatdı: "Ancaq həm də birinci rüb ərzində əvvəlki aylarda əldə olunmuş nailiyyətlərə diqqəti cəlb etdi və göstərdi ki, bir çox sahələrdə bizim uğurlarımız var. Dövlətimizin başçısı 2020-ci ili daha sürətli islahatlar ili kimi xarakterizə elədi və dedi ki, biz islahatları davam etdirəcəyik, sosial sahədə həyata keçirilən layihələr daha mütəşəkkil, daha səmərəli həyata keçirilməlidir. İqtisadi inkişafı təmin etmək üçün qeyri-neft sektorunun inkişafı təmin olunmalıdır, emal sənayesi inkişaf etdirilməlidir, aqrar sahədə mühüm tədbirlər həyata keçirilməlidir, bu sahəyə əlavə vəsaitlər ayrılmalıdır və sözsüz ki, aqrar sahənin inkişafı həm də insanların işlə təmin olunması üçün, onların həyatının yaxşılaşması üçün, iqtisadiyyatın yüksəlməsi üçün əsas, qabaqcıl sahələrdən biri olmalıdır və dövlət rəhbəri əlavə kreditlərin verilməsi, bu sahədə əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etdi. Əsas məsələlərdən biri kimi ölkə rəhbəri beynəlxalq aləmdə baş verən hadisələrə də diqqəti cəlb etdi. Bildirdi ki, biz dünyanın bir parçası olaraq dünyada baş verən hadisələrə laqeyid qala bilmərik. Dünya dövlətləti və xalqları ilə həmrəy olmalıyıq və həmrəyik. Yaxşı hal kimi Türk Şurasının videokonfransı diqqətə çatdrılıdı və bu nəinki Türkdilli dövlətlər üçün, eləcə də dünya xalqları üçün bir nümunə kimi dəyərləndirildi. Əlbəttə ki, bizim hər birimiz bilməliyik ki, bu gün dünyanın düşdüyü ağır vəziyyətdə dünya xalqları həmrəy olmalıdırlar, bir olmalıdırlar, baş verən hadisələrə çevik münasibət bildirilməlidir və Cənab Prezident də qeyd etdi ki, reallıqlar mütləq qiymətləndirilməlidir və bu reallıqları doğuran, reallıqlara mane olan hallar mütləq diqqətdə olmalıdır. Bu baxımdan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə, prezident seçkilərinə diqqət cəlb olundu və ölkə rəhbəri bildirdi ki, bu qondarma seçkilərin heç bir əhəmiyyəti yoxdur, onu dünyanın əksər ölkələri, bütün dövlətlər, eləcə də beynəlxalq təşkilatlar tanımırlar və bu da Azərbaycan diplomatiyasının bir uğuru kimi səciyyəvidir. Ancaq təssüflə onu da qeyd etdi ki, Avroppa Şurası Parlament Assambleyası bu gün də susur və bu qondarma seçkilərə öz münasibətini bildirmir. Belə olan halda Avroppa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərarlar bizim üçün adi kağız parçasından başqa bir şey ola bilməz.
Əlbəttə ki, ölkə rəhbəri ölkə daxilində baş verən bütün hadisələrə də öz münasibətini bildirdi. Bu baxımdan müxalifətə, müxalifətin fəaliyyətinə lazımi qiyməti də verdi. Cənab prezident yenə də kəskin şəkildə bildirdi ki, Azərbaycan vətəndaşları bir-birlərinə əl tutduqları, həmrəy olduqları bir halda aqressiv müxalifət ölkədə baş verən bu vəziyyətdən sevinir, siyasi məqsədlər üçün istifadə edirlər. Elə bil ki, insanların ölümü, vəfat etməsi onları sevindirir. Əlbəttə ki, belə hallar xalqa düşmənçilikdir. Ölkə rəhbərinin mövqeyi çox düzgün möbqedir və bu bizim hər birimizin mövqeyidir. Azərbaycan Prezidenti qətiyyətlidir, iradəlidir və bu konfrans bir daha göstərdi ki, Azərbaycan Prezidenti öz xalqının, öz vətəndaşının yanındadır və Azərbaycan vətəndaşının sağlamlığı, onun həyatının təhlükəsizliyi,onun sosial rifah halının yaxşılaşması birinci dərəcəli vəzifə olaraq qarşıda durur. Azərbaycan Prezidenti öz əməlləri ilə öz baxışları ilə bütün bunları, bütün deyilənləri sübut edir. Azərbaycanın inkişafı, Azərbaycanın tərəqqisi, müstəqilliyi ölkə rəhbəri üçün həyat amalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB