ATƏT-in Minsk qrupunun həmsədrləri Serj Sarkisyanla görüşüb

ATƏT-in Minsk qrupunun həmsədrləri Serj Sarkisyanla görüşüb

Yerevanda olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Robert Bradke, Bernar Fasye və İqor Popovla yanaşı, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak edib.

 

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırki vəziyyətinə dair müzakirə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə