“Türkiyə Avropa ilə sərhədləri açdı, lakin Avropaya gedib çıxmaq o qədər də asan məsələ deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Poltoloq bildirib ki, Avropa dövlətlərinin Yunanıstandan, Bolqarıstandan, Rumuniyadan başlayaraq hər biri sərhədlərini ciddi sürətdə qoruyur: “Yunanıstan tərəfdə hətta üzünü Avropaya tutmuş Suriya qaçqınlarına atəş açılıb. Məlumatlara görə bir neçə nəfər ölüb, bir neçə nəfər də yaralanıb. Avropa hazırda Türkiyə ilə hazırda danışıqlara başlayıb”.
Q.Hüseynli qeyd edib ki, Avropa öz sivilzasiyasını ayaqlar altına atmayacaq: “Ya Suriya probleminin həll edilməsində səylərini intensivləşdirəcək və yaxud Türkiyəyə vəd etdiyi maliyyə yardımını sona qədər göstərməklə, qaçqınların yenidən Türkiyə ərazisinə qayıtmasına nail olacaq. Bu böyük humanitar fəlakətdir. Bu məsələdə ən birinici məsuliyyəti Bəşər Əsəd rejimi, ona dəstək verən Rusiya hakimiyyət orqanları daşıyır. Çünki 3,5 milyon qaçqının yönünün Avropaya çevrilməsi Avropanın alt-üst olması deməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB