Ermənistanda etirazçılar Baqramyan prospektini bağlayıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadə xəbər verir ki, aksiyaçılar İstanbul Konvensiyasının ratifikasiyasına görə Nikol Paşinyan hökumətinə etiraz edirlər.
Məlumatda qeyd olunur ki, Ermənistan Milli Məclisi qarşısında gərgin bir vəziyyət olub. Polisin çağırışlarından sonra aksiya iştirakçıları Baqramyan prospektinin qarşısını kəsiblər. Aksiyaçılar hətta günlərlə küçələri bağlamaq niyyətində olduqlarını da gizlətməyiblər. Belə aydın olur ki, Ermənistanda aksiyalara start verilib və hələ davamı da olacaq. Öz növbəsində polis də aksiyaçıların nəzərinə çatdırıb ki, nəqliyyatın hərəkətinə maneə törədilərsə, onlara qarşı zor, güc tətbiq ediləcək.
Polisin güç tətbiq ediləcək ifadəsindən aksiyaçılar daha da qızışıblar və bildiriblər ki, bir zaman Nikol Paşinyan özü də küçələri bağlayırdı və indi onun əmri ilə digər aksiyaçılara güc tətbiq edilməsi heç bir çərçivəyə sığışmır. Etirazçılar hətta onlarla Nikol Paşinyan arasında nə fərq var sualını da polislərə üvanlayıblar. Soruşublar ki, niyə Paşinyan etiraz aksiyası keçirə, küçələri bağlaya bilirdi, amma onlar bağlayanda buna görə güc, zor tətbiq edilir?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB