“Prezidentin “Valday” klubunda çıxışı bizi qələbəyə yaxınlaşdırır” RƏY-ÖZƏL

“Prezidentin “Valday” klubunda çıxışı bizi qələbəyə yaxınlaşdırır” RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atdığı addımlar, etdiyi çıxışlar Azərbaycanın xarici diplomatiyasında ən uğurlu məqamlardan biridir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev milli və dövlətçilik maraqlarının müdafiəsində çox müdrik və prinsipial mövqe nümayiş etdirir: "Dövlət Başçısını “Valday” diskussiya klubunda “Qarabağ Azərbaycanındır və nida işarəsi” deməsi Ermənistanın baş naziri Nikol Paşinyanın apardığı siyasətin darmadağın edilməsi və Qarabağ həqiqətlərinin, ölkəmizin haqlı mövqeyinin bir daha dünyaya çatdırılması baxımdan çox əhəmiyyətli idi. Paşinyana gəlincə isə o, aşağı nüfuza malik və təsadüfi Ermənistanda rəhbərliyə gəlmiş birisidir. Ümumiyyətlə, Paşinyanın açıqlamaları, bəyanatları ölkə içərisində, ölkədən kənar olan çıxışları dövlət təmsilçisinə yaraşmayan çıxışlardır. Daha doğrusu küçə adamının söylədiyi, danışdığı çıxışlardandır. Onun açıqlamaları daha çox gülüş hədəfinə çevrilir. Bu mənada hesab edirəm ki, Prezident İlham Əliyevin “Valday” klubunda çıxışı bizi qələbəyə yaxınlaşdıran uğurlu məqamlardan birisidir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə