Türkiyədən Avropalı “mühacirlərə” sərt təpki HƏDƏFDƏ ORDUXANDIR

Türkiyədən Avropalı “mühacirlərə” sərt təpki HƏDƏFDƏ ORDUXANDIR

Və ya “Qarabağ” FK-ya qarşı Orduxan Teymurxan xəyanəti

Milli qürurumuz olan "Qarabağ" komandasının oyununda ermənilər təxribata yaratdılar. Belə ki, qarşılaşmanın otuzuncu dəqiqəsində Michelin rəqib komandanın qapısına vurduğu ikinci qoldan sonra ermənilər dronla qondarma “DQR”in bayrağını gətiriblər stadiona və bu da azarkeşlərimizin haqlı olaraq hiddətinə səbəb olub. Önəmli olan həmin təxribatın baş verməsidir və artıq bu təxribatı törədənlər də bəllidir. “Fırst Armenian Front” adlanan bu fan klubun üzvlərinin cəzalandırılması lazımdır. Heç kəsə sirr deyil ki, artıq idman və mədəniyyət tədbirləri informasiya savaşının əsas tərkib hissəsidir və həmin informasiya müharibəsində kimin daha çox səsi çıxırsa, o da qalib kimi görünür. Azərbaycandan artıq etiraz məktubları göndərilir, sosial mediada bu məsələ ciddi şəkildə müzakirə olunur.

Amma mənə maraqlı gələn odur ki, bu gün Avropada oturub bütün günü Azərbaycan iqtidarını söyən, ölkəmizə qarşı qarayaxma kampaniyalarında birəbir iştirak edən, siyasi mübarizəni çox vaxt milli maraqlara zidd formada davam etdirən Avropada oturan radikal müxalifətin, eləcə də erməni lobbisinin kurasiyasinda olan və xaricdəki antimilli qüvvələrin oyuncağına çevrilən blogerlərin yalançı hüquq müdafiəçilərinin dünəndən niyə səsləri çıxmır? Nədən qorxurlar? Kimdən qorxurlar? Bəs ölkənin aparıcı dövlət xadimlərimə qarşı həqarətli davrananlar haradaydılar? Qorxurlar ki, birdən ermənilərə etiraz edəndə Avropaya hansı yollarla gəldikləri üzə çıxar? Ağzının suyunu axıda-axıda guya Azərbaycan hakimiyyətinə qarşı mübarizə apardığını iddia edən Məhəmməd Mirzəli, qorxunuz? Bəs qorxunuz nədəndir?! Ermənipərəst fondlar verdikləri pulu kəsəcəklər, hə? Niyə bir aksiya keçirmirsiniz? Nədir sizə mane olan səbəblər? Həbib Müntəzir heç, qardaşın üçün çətindir, yuxarı tüpürürsən bığdır, aşağısı da saqqal... oturub hər əmrə müntəzir Qumdan fətva gözləyir. Amma inanmıram onun etirazına kimsə "hə" desin. Özü də indiki şəraitdə heç etiraz etməyi belə düşünmür onsuz da. O boyda “Meydan TV” əlinə keçib Emin millidən sonra...

Emin demişkən bir Emin də var. RATİ sədri Emin. Bakıdan qadın qiyafəsində qaçırtmışdılar, indi abır həyayla bir küncdə oturub ona qarşı real faktları ortaya qoyanlara qarşı dodaq büzür, Ermənistan nümayəndəsi danışanda isə ürəyi yerindən çıxacağmış kimi döyünür. Vəfalıdır da, amma gərək ər evinə gedəndə ata evini də unutmayasan! Nə olar ər çörəyi şirin olar deyiblər! Xülasə, avropada oturub bütün günü yutubede canlı yayın edən söyüs maşınları heç nə edən deyillər. Onların bunu etməyə nə milli heysiyyatları, nə də təpərləri çatır. Hərənin rus demişkən bir "qrex"i var, ona görə...

Oktay Hacımusalı

P.S. Yeri gəlmişkən, deyilənə görə, dron məsələsində Orduxan Teymurxanın stadionun ortasında meymunluq etməsinin özü də bir ssenariymiş... Erməni dayı və əmilərinin ssenarisi...

Bütün xəbərlər Facebook səhifəmizdə