Misirdə 30 illik diktatorluğa son qoyuldu

Misirdə 30 illik diktatorluğa son qoyuldu
Dövlət televiziyası ilə çıxış edərək səlahiyyətlərinin bir hissəsini vitse-prezident Ömər Süleymana verdiyini açıqlayan Misir prezidenti Hüsnü Mübarək nəhayət ki, istefa verdi. SİA-nın xəbərinə görə, Ömər Süleyman aksiyaların 18-ci günündə Mübarəkin istefa qərarını açıqlayıb. Süleyman Mübarəkin səlahiyyətlərini Silahlı Qüvvələrin Ali Şurasına təhvil verdiyini bildirib. Xəbər Təhrir meydanında coşğu ilə qarşılanıb. Müxalifət liderlərindən Məhəmməd Əl Baradey ölkənin azadlığına qovuşduğunu deyib

Bütün xəbərlər Facebook səhifəmizdə