Qaz müharibəsi, yaxud Ermənistan-Rusiya anlaşılmazlığı

Qaz müharibəsi, yaxud Ermənistan-Rusiya anlaşılmazlığı

Ermənistan höküməti qazın qiyməti ilə bağlı hücum taktikası seçmək qərarındadır. SİA Rusiyaya məxsus qazeta.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qazın qiymətləri barəsində Ermənistan-Rusiya danışıqları uzanır və Ermənistan hakimiyyəti rəsmi Moskvanı qazın qiymətini aşağı salmağa məcbur etmək niyytindədir.

Məlumatda o da vurğulanır ki, Ermənistan “Qazprom”-un qaza görə təklif etdiyi qiyməti ödəmək istəmir. Elə bu niyyətlə də “Qazprom”-un Ermənistandakə törəmə müəssisəsini cərimələrlə təzyiq etməyə başlayıb. Ekspertlər xəbərdarlıq edirlər ki, qazın qiymətinin aşağı düşməsini gözləməyə belə dəyməz. Rusiya bundan ucuz qiymət təklifi etməyəcək. Çox güman ki, bu konflikt Vladimir Putinin Ermənistana səfəri zamanı öz həllini tapacaq.
Politoloqlar hesab edirlər ki, təbii qazın qiymətinin müəyyənləşdirilməsi təkcə iqtisadi məsələ deyil. Məsələn, siyasi texnologiyalar mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin hesab edir ki, bu eyni zamanda təsir mexanizmini qorumaq məqsədi daşıyır.

“Rusiya qazın qiymətini Ermənistan üçün aşağı sala bilərdi. Amma heç şübhəsiz ki, Robert Koçaryanın həbsi Moskvanın xoşuna gəlmir. Sözsüz ki, Rusiyanın Ermənistandakı hazırki hakimiyyət üçün nəzərdə tutulmuş təsir rıçaqıarı var. Bu təkcə qaz deyil, eyni zamanda Qarabağ problemi ilə bağlı təhlükəsizlik zəmanətidir”,-deyən Aleksey Makarkin xüsusilə qeyd edib ki, Rusiyadan güzəşt əldə etməsi üçün Ermənistanın şansı yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə