Ermənistanda etiraz aksiyaları

Alaverdidə zavod işçiləri yenidən etiraz edirlər və İrəvan-Tbilisi dəmir yolu bağlanıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bazar ertəsi Ermənistandan Gürcüstana gedən dəmir yolu Alaverdidə zavod işçiləri tərəfindən bağlanılıb.

Aksiya iştirakçılarından biri, Armen Kirakosyan özünün Facebook səhifəsində yazır ki, zavodun keçmiş işçiləri qanunsuz işdən azad olunma məsələlərinə görə səhər saat 10 radələrindən müəssisənin girişini və dövlətlərarası dəmir yolunu bağlayıblar. Kirakosyan aksiyanın video görüntüsünü də öz səhifəsində yerləşdirib.
Qeyd edək ki, zavod öz fəaliyyətini ötən 2018-ci ilin oktyabr ayından hökumətlə və banklarla həll edilməmiş məsələlər səbəbindən dayandırıb. Zavodda 600-dən çox işçi çalışıb və bir dəfə bu ilin fevralında artıq bu dəmir yolunu həmin işçilər bağlyıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə