"Hərbi təlimlər Ermənistanı həddindən artıq narahat edir" AÇIQLAMA-ÖZƏL
“Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistanı həddindən artıq narahat edir. Düşməni ən çox narazı salan məsələ isə NATO standartlarına uyğun olan Türkiyə -Azərbaycan hərbi təlimləridir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.
Sözügedən təlimlərin tək Ermənistan tərəfindən deyil, Ermənistanda olan Rusiya ordu kontingenti tərəfindən də diqqətlə izlənildiyini deyən siyasi şərhçi söyləyib ki, onlar hesab edir ki, 2018-ci ildə heç bir itki vermədən həyata keçirilən Günnüt əməliyyatı istənilən vaxt təkrar oluna bilər.
Onun sözlərinə görə, lakin Ermənistan ərazisinə istənilən müdaxilə KTMT üzvü olan bir dövlətin ərazisində olduğundan müəyyən qaydaların pozulması kimi də dəyərləndirilə bilər:
“Buna görə onları bir az bu məsələdə özlərini rahat hiss edirlər. Lakin Günnüt əməliyyatından sonra Ermənistan ordusunda istefalar və həbslər başlandı. Hətta son vaxtlar Paşinyan hakimiyyəti Lələtəpə və Günnüt əməliyyatına görə yenidən istintaqın bərpası ilə əlaqədar bəyanatla çıxış edir və yenidən buna parlament komissiyası səviyyəsində baxılmasını tələb edir. İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsi Ermənistan tərəfindən daşınan hərbi texnikalara nəzarət, bu ərazilərdə olan terrorist qrupları və işğalçı ordunu blokadaya salmağın mümkünlüyü deməkdir”.
A.Nağıyev qeyd edib ki, erməniləri qorxudan amillərdən biri də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun çox müasir texnikaya malik, taktiki təlimlərdən keçmiş, eyni zamanda yüksək peşəkar kadr potensialına malik olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB