“İmkan vermərik ki, antimilli ünsürlər öz xəyanətkar maraqlarını icra etsinlər” İSA HƏBİBBƏYLİ

“İmkan vermərik ki, antimilli ünsürlər öz xəyanətkar maraqlarını icra etsinlər” İSA HƏBİBBƏYLİ

“Sağlam düşüncəli hər bir şəxs çox yaxşı bilir və xatırlayır ki, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü ölkəmizi, gənc, müstəqil dövlətimizi uçuruma doğru apardı”. Bu fikirləri SİA-ya millət vəkili İsa Həbibbəyli Azərbaycan dövlətinin əldə etdiyi və bütün sahələri əhatə edən uğurlarına, eləcə də Prezident İlham Əliyev tərəfindən reallaşdırılan sosial-iqtisadi islahatlara kölgə salmağa cəhdlər göstərən daxili və xarici düşmənlərin fəaliyyətlərini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan bütün mənalarda sabitlik adası kimi qiymətləndirilir, dünyanın bir çox qlobal məsələlərində ölkəmiz söz sahibinə çevrilib. “Belə ki, istər sosial, istər iqtisadiyyat, istər mədəniyyət, istər idman və s. sahələrdə ölkəmiz mərkəz rolunu oynayır. Bütün bunlar İlham Əliyev cənablarının müdrik, uzaqgörən, məqsədyönlü və qətiyyətli siyasətinin bariz nəticələridir”, deyən İsa Həbibbəyli vurğulayıb ki, bir zamanlar Azərbaycan məhv olurdu və insanlar xaos, anarxiya burulğanında ölümlə üz-üzə qalmışdı: “Xaos, anarxiya, özbaşınalıq, total böhran hökm sürürdü, talançılıq, rüşvətxorluq baş alıb gedirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Siyasi, iqtisadi, hərbi böhran gənc dövlətin dayaqlarını sarsıdırdı. Əlbəttə ki, xalqımız bu əzaba dözə bilməzdi və dözmədi də. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində, Onu çağıran, Ondan pənah iman xalqımızın siyasi iradəsi sayəsində ölkəmiz məhv olmaqdan qurtuldu. Ona görə də, bu gün hər vəchlə qarayaxma kampaniyaları aparan, xaricdəki erməni lobbisinin qarşısında nökərçilik edən ünsürlər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Bu gün “biz yenə gələcəyik” deyənlərlə Avropada erməni dəyirmanına su tökənlər arasında heç bir fərq yoxdur, onların ucuz, cılız təfəkkürlərinə əsaslanan dağıdıcılıq maraqları isə gerçəkləşməmiş qalacaq. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir”.

“Bu gün ölkəmizdə xalq - iqtidar vəhdəti elə möhkəm əsaslara söykənib ki, həmin əsaslar sarsılmazlığı ilə yanaşı, həm də bənzərsizdir. Dünyanın heç bir ölkəsində belə birlik, belə dəstək yoxdur. Çünki Prezident İlham Əliyev daim xalqın arasındadır, xalqın içindədir. Onun istər paytaxtda, istərsə də regionlara səfəri zamanı bilavasitə sadə xalqla təmasa getməsi, problem və qayğıları ilə maraqlanması xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Əlbəttə ki, Prezident İlham Əliyev cənabları da öz çıxışlarında vurğulayır ki, O, daim xalqına güvənir. Bax, bu reallıq Azərbaycanımızın daha da güclənməsinə, sarsılmaz təməllərə söykənməsinə kifayət qədər təkan, stimul verməkdədir. Ona görə də Azərbaycanın əleyhinə fəaliyyət göstərən üsnürlər bilməlidirlər ki, onların çirkin maraqları heç vaxt istədikləri nəticəni verməyəcək”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə