İşğalçıların uğursuz kadr siyasəti

İşğalçıların uğursuz kadr siyasəti

İyun ayında Ermənistanda qubernatorların istefası gözlənilir. SİA-nın məlumatına görə, “Jamanak” qəzeti yazır ki, iyun ayının ortalarında Ermənistan hökumətində kadr dəyişiklikləri planlaşdırılır və bu kadr dəyişikliklərinin fonunda bir sıra qubernatorların istefası gözlənilir.

Məlumata əsasən, onları çox da narazı salmamaq üçün hakimiyyət orqanlarında müəyyən vəzifələr, məsələn, müavin vəzifəsi veriləcək.

Nəşr qeyd edir ki, hakimiyyət böyük çətinliklərlə kəskin kadr dəyişiklikləri aparır və bu da ictimai müzakirələrin mövzusuna çevrilən uğursuz kadr siyasəti aparıldığını təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə