Namiq Əliyev: “Zaman müxalifətin əleyhinə işləyir” RƏY-ÖZƏL

Namiq Əliyev: “Zaman müxalifətin əleyhinə işləyir” RƏY-ÖZƏL

“Müsavat Partiyası və “Milli Şura” Respublika Günündə Novxanıda, M.Rəsulzadənin abidəsi önündə aksiya keçirməklə özlərinə xal qazandırmaq istəyirdilər”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, lakin onların arzularının əksinə olaraq, bu aksiya müxalifətin əleyhinə işlədi: “Çünki belə bir mühüm gündə, xalqımızın istiqlal mücadiləsinin qalib gəldiyi 28 may günündə AXC-nin qurucularından birinin abidəsi önünə cəmi 330 nəfər müxalifətçinin toplanması uğursuzluğun göstəricisidir. Müxalifət rəhbərləri deyirlər ki, on minlərlə tərəfdarlarımız var. Bəs harada idilər həmin tərəfdarlar, niyə M.Rəsulzadənin abidəsini ziyarətə gəlmədilər? Deməli, tərəfdarların sayının çox olması ilə bağlı iddialar saxtadır. Digər tərəfdən də, bu o deməkdir ki, müxalifət rəhbərlərinin abidəni ziyarətə çağırışı cəmiyyət tərəfindən qəbul edilmədi. Sadəcə, sosial şəbəkələrdə saxta profillər yaradıb, siyasi müzakirələrdə kütləvilik görüntüsü yaratmaqla iş bitmir. Əgər Cümhuriyyətlə bağlı hər hansı abidənin ziyarəti zamanı müxalifət kütləvilik yarada bilmirsə, bu, onların təşkilatçılıq bacarığının da aşağı səviyyədə olmasını göstərir. Ən əsas nəticə isə o oldu ki, müxalifətin 28 may aksiyası onların Azərbaycan cəmiyyətindən dəstək ala bilməməsini ortaya qoydu”.
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə