Fevralın 1-də işə salınan Euro-2012 Ticket Portal saytı sıradan çıxıb. SİA-nın xəbərinə görə, Ukrayna KİV-lərinin yaydığı məlumatda bildirilir ki, bu sayt 2012-ci ilin Avropa çempionatının oyunlarına bilet almaq istəyən azarkeşlər üçün nəzərdə tutulub.
Portal sayta müraciət edənlərin axınına dözə bilməyib. Hazırda Euro-2012 Ticket Portal-ın interfeysində saytın yüklənməsi və müvəqqəti olaraq fəaliyyətini dayandırması barədə məlumat yerləşdirilib. Məlumatda bilet sifarişi üçün sayta bir qədər sonra müraciət olunması xahiş edilir.
Avro-2012-nin matçlarına biletlərin alınması üçün sifarişlərin qeydiyyatı Avropa vaxtı ilə səhər saat 6-da başlanıb. Qeydiyyatdan keçmiş ilk şəxs Koreya Respublikası vətəndaşı olub.
Biletlərin bilavasitə sifarişi martın 1-dən 31-dək qəbul ediləcəkdir. Biletlər bu ilin aprelində oynanılacaq.
Avropa çempionatının oyunları üçün cəmi 1,4 milyon bilet çap ediləcəkdir. Bu biletlərin yalnız 75 faizi açıq satışa çıxarılacaqdır. Biletlərin qiyməti 30-600 avro civarında olacaq. UEFA mütəxəssisləri biletlərin satışı ətrafında ajiotajın yaranacağını istisna etmirlər, çünki biletlər bir nəfərə 4 bilet kvotası üzrə satılacaq.
Matçın keçuirildiyi şəhərin sakinləri 2 mindən yuxarı bilet ala bilməyəcəklər. İyulun 1-dən isə biletlərin alğı-satqı xidməti fəaliyyətə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB