Anar Xəlilov: “Müxalifətin hərəkətləri düşüklük və zəiflik əlamətidir ” RƏY-ÖZƏL

Anar Xəlilov: “Müxalifətin hərəkətləri düşüklük və zəiflik əlamətidir ” RƏY-ÖZƏL

“Adları çəkilən bu şəxslər siyasi meydanda siyasi mübarizəni çoxdan uduzublar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib. Onun sözlərinə görə, bunların heç bir siyasi konsepsiyası yoxdur: “Bu baxımdan, onlar gündəmə gəlmək, diqqət mərkəzinə çevrilmək üçün anormal vasitələrdən istifadə edirlər. Müxalifət düşərgəsini təmsil edən bu şəxslər bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər və onların tapşırığı ilə gündəmdə qalmaq və müxalifətçilik rolunu oynamaqdan ötəri çirkin vasitələrə əl atırlar. Bu faktdır ki, daxili və xarici qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşırlar və uğurlarımıza kölgə salmaq istəyirlər. Amma nə xarici qüvvələrin, nə də ki, müxalifətin ölkəmizlə bağlı məkrli planları baş tutmayacaqdır. Çünki Azərbaycan dövlətinin inkişafı və beynəlxalq aləmdə artan nüfuzu göz qabağındadır. Dünyanın bir çox nüfuzlu tədbirləri və beynəlxalq miqyaslı idman yarışları bu gün Azərbaycanda keçirilməkdədir. Bu tədbirləri və idman yarışlarını izləmək üçün xarici KİV nümayəndələri ölkəmizə gəlir. Müxalifətdə bundan istifadə edərək reallığı özündə əks etdirməyən fikirlər səsləndirərək özlərinin varlıqlarını ortaya qoymağa çalışırlar. Müxalifətin hərəkətləri düşüklük və zəiflik əlamətidir. Lakin hər dəfə də olduğu kimi, bunların bütün atdığı addımları fiaskoya uğrayır. Çünki həmin beynəlxalq aləmdən ölkəmizə gələn nüfuzlu KİV-lər və digər nüfuzlu təşkilatlar müxalifət təmsilçilərinin tanımırlar və dediklərini də eşitmirlər. Sadəcə olaraq, bu şəxslər sosial şəbəkələrdə qərəzli, çirkin mövqelərlə çıxış etməklə gündəmdə qalmağa çalışırlar. Bu gün müxalifətin özü də çox yaxşı bilir ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Əminliklə deyə bilərəm ki, bundan sonrada ictimaiyyət onlara dəstək verməyəcək”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə