“Paşinyan ölkədəki vəziyyətə nəzarət edə bilmir” "İRATES"

“Paşinyan ölkədəki vəziyyətə nəzarət edə bilmir” "İRATES"

Ermənistanin daxili siyasət arenasında - parlamentində və parlamentdən kənarda güclərin kəskin yerdəyişməsi baş verir. SİA xəbər verir ki, bu barədə ölkənin “İrates” qəzeti yazır.

Qeyd olunur ki, vəziyyət nəzarətdən çıxıb: “Hətta Paşinyanın komandasında olanlar da etiraf edirlər ki, baş nazir ümumiyyətlə, vəziyyətə nəzarət edə bilmir. Hər yerdə - parlamentdə, hökumətdə, komandada, ölkədə qarmaqarışıqlıqdır.

Adıçəkilən qəzet məsələ ətafında yazır ki, Paşinyan indi ayrı işlərlə məşğuldur: “Baş nazir inqilab payçılarının – sorosçu qanadın, sektantların, LGBT-nin və bu təşkilatın “atalarının” borclarının qaytarılması ilə başını qarışdırır”.

“İrates” həmçinin qeyd edir ki, trensgender Vanuşla bağlı yaranmış insident Paşinyanın nüfuzunu demək olar ki, yerlə-bir edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə