Yunus Akgül: “Azərbaycanlı gəncləri Türkiyədə görmək istəyirik"- AÇIQLAMA
"Mən imzalanmış sazişin icrası üçün Azərbaycandayam". SİA-nın məlumatına görə, bu sözləri "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş"in müzakirəsi üçün Azərbaycanda səfərdə olan Türkiyənin gənclər və idman direktoru Yunus Akgül deyib. O, Türkiyənin dünyanın bir çox ölkələri ilə gənclər sahəsində əməkdaşlıq sazişi imzaladığını, gənclərin həmin ölkələrə gedib oranın mədəniyyətini öyrəndiklərini bildirib. Qonaq Azərbaycanla indiyədək belə əməkdaşlığın olmadığını, bu işlərin icrasına başlanmasının vacibliyini qeyd edib: "Nə qədər müzakirə etmək olar?! Əməli fəaliyyətə keçmək lazımdır. Gənclərimiz hər iki dövlətin tarixini, mədəniyyətini, dəyərlərini öyrənməlidirlər. Azərbaycanlı gəncləri Türkiyədə görmək istəyirik. Türkiyə gəncləri də Azərbaycana gəlməlidir. Biz gənclər sahəsində mübadilə aparmalıyıq. İlk öncə bir-birimizin mədəniyyətini öyrənməliyik. Universitet tələbələri arasında müxtəlif mübadilə aparıla bilər. 2011-ci ildən bu işləri sürətlə həyata keçirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB