Nazim İbrahimov: “2011-ci ilin mart ayında Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək” - AÇIQLAMA

Nazim İbrahimov: “2011-ci ilin mart ayında Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək” - AÇIQLAMA

2011-ci ilin mart ayında Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Yeni Azərbyacan Partiyasının Mərkəzi Qərargahında keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Dünya Azərbaycanlılarının II Qurultayının 2006-cı ildə keçirildiyini deyən komitə sədrinin sözlərinə görə, qurultay hər 5 ildən bir təşkil olunur. O bildirib ki, Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi ilə bağlı prezident İlham Əliyevin xüsusi sərəncam verəcəyi gözlənilir.

N.İbrahimov qeyd edib ki, xüsusi sərəncamdan sonra detallar, tədbirin keçirilmə qaydaları, qonaqların sayı müəyyənləşəcək: "Hazırda bu qurultaya ciddi hazırlaşırıq və inanıram ki, bu tədbir yüksək səviyyədə təşkil olunacaq. Qurultay diaspor həyatında ən mühüm hadisəyə çevriləcək və növbəti 5 il üçün dünya azərbaycanlılarının strategiyasını müəyyən edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə