Deputat: "Gənclər siyasəti dövlətin aparıcı istiqamətlərindən biridir" MÖVQE-ÖZƏL
“Bəlkə də Azərbaycan dünyada az-az ölkələrdəndir ki, orada dövlətin maliyyələşdirdiyi və ciddi diqqət göstərdiyi Gənclər Fondu fəaliyyət göstərir. Bu fond gənclər siyasətini həyata keçirməklə bağlı çox uğurlu addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə artıq Gənclər Fonduna gənclərə güzəştli kreditlərin verilməsi səlahiyyəti də verildi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputata bildirib ki, ölkə başçısının müvafiq fərmanı ilə Gənclər Fonduna verilən yeni səlahiyyət gənclərin öz biznesini qurmaq və həmçinin yaratdıqları təşkilatın fəaliyyəti ilə bağlı dövlətin dəstəyi ilə inamı addımlar atmasına imkan verəcək.
A.Mirzəzadə qeyd edib ki, güzəştli kreditlərin verilməsi Azərbaycan gənclər siyasətində yenilikdir ki, bunun da uğur qazanacağına heç kimin şübhəsi yoxdur: “ Bu addım bir daha göstərir ki, gənclər siyasəti Azərbaycan dövlətinin apardığı siyasətin aparıcı istiqamətlərindən biridir. Dövlətimiz gənclərin daim qayğı ilə yaşamasına, onların ilk addımlar atmasına dəstək verilməsində maraqlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB