Hadı Rəcəbli: “İnsanlarla bağlı olan bütün qanun layihələrində əlavə və dəyişiklərin edilməsinə ehtiyac var” - MÖVQE

Hadı Rəcəbli: “İnsanlarla bağlı olan bütün qanun layihələrində əlavə və dəyişiklərin edilməsinə ehtiyac var” - MÖVQE
"Bu gün gündəmdə olan qanunlar əhalinin sosial müdafiəsinə yönələn qanun layihələridir. Bunların içərisindən "Pasientin hüquqlarının qorunması haqqında qanun layhəsi"nin Milli Məclisə daxil olub və parlamentin növbəti sessiyasında bu qanun müzakirə olunacaq". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Hadı Rəcəbli məlumat verib. O bildirib ki, gələn parlament dövrünün qanun yaradıcılığı prosesində daha çox qanunlara əlavə və dəyişikliklər edilməsi önə çəkilir. Onun sözlərinə görə, artıq çərçivə qanunları mövcuddur, ancaq qanunlara bügunki reallıq, maliyyə imkanları, şüurumuzun inkişafı, siyasi mədəniyyətimizin artması ilə bağlı olaraq əlavə və dəyişikliklər edəcəyik.

H.Rəcəbli qeyd edib ki, Azərbaycanın Əmək Məcəlləsi və Ailə Məcəlləsi kimi, daha çox insanlarla təmasda olan daim işlək qanunlarda əlavə və dəyişikliklər etməyə ehtiyac var: "Vətəndaşlar bu sənədlərlə daim təmasda olurlar. Eyni zamanda, əhalinin sosial müdafiəsinə yönələn sağlamlığın qorunması, bədən tərbiyəsi və idman haqqında qanuna da dəyişiklik etməyə ehtiyac var. Bir sözlə, insanlarla bağlı olan bütün qanun layihələrində əlavə və dəyişiklərin edilməsi labüdddür".

Bütün xəbərlər Facebook səhifəmizdə