Sandra Oudkirk: "Tramp da Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir"
"ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir". SİA-nın məlumatına görə, bunu bu gün ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
O deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: "Bütün ölkə və şirkətləri bu çətin işi başa çatdırması münasibəti ilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasına və enerji resurslarının dversifikasiyasını təmin edəcək. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə öz dəstəyini bildirir".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB