Dünya mətbuatı Azərbaycanda keçirilən parlament seçkiləri barədə nə yazır?

Dünya mətbuatı Azərbaycanda keçirilən parlament seçkiləri barədə nə yazır?

Ötən gün Azərbaycanda keçirilən Milli Məclis üzvlüyünə seçkilər dünya mətbuatı tərəfindən böyük marağa səbəb olub. SİA-nın məlumatına görə, seçki prosesi xarici media tərəfindən ətraflı işıqlandırılıb.

"Vatan" qəzeti

 

Ötən gün Azərbaycanda Milli Məclisə seçkilər keçirilib. 125 mandat yeri uğrunda 94-ü qadın olmaqla 690 namizəd seçkilərdə iştirak edib. 11 saat davam edən seçimlərin nəticəsi olaraq Yeni Azərbaycan Partiyasının namizədləri səs çoxluğu ilə qalib gəlib.

 

Doğan Xəbər Agentliyi "Azerbaycanda seçimler sonuçlandı" başlıqlı yazı dərc edib. Məqalədə qeyd olunur ki, ötən gün Azərbaycanda keçirilən 4-cü çağırışdan parlament seçkilərində Yeni Azərbaycan Partiyası qələbə qazandı. Səsvermənin nəticələrinə görə, 125 millət vəkili yerinə 72 YAP-ın, 2 müxalifət partiyasının namizədləri və 41 müstəqil namizəd deputat olmağa haqq qazandı. Qalan 12 yer isə müxtəlif partiyalar üzrə bölüşdürüldü. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da 50%-dən çox əhalinin seçkilərdə iştirak etdiyini bildirib və seçim prosesinin şəffaf və demokratik keçirildiyini açıqlayıb. Azərbaycanda seçkini izləyən beynəlxalq müşahidəçilər də seçimlərin standartlara uyğun şəkildə təşkil olunduğunu qeyd ediblər.

 

 

Deutsche Welle-Türkçe "Azerbaycanda iktidar zaferini ilan etti" başlıqlı yazı dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycanda keçirilən parlament seçkilərindən sonra Yeni Azərbaycan Partiyası qələbəsini elan etdi. Azərbaycanda seçicilər səs vermək üçün bazar günü seçki məntəqələrinə axışdı. Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Yeni Azərbaycan Partiyası öndədir. YAP-nın sədr müavini, icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında "Seçkilərdə qələbə qazandığımızdan əminəm. Əldə etdiyimiz nəticələrdən məmnunuq", - deyib.

 

NTV.ru -Azərbaycan əhalisi IV çağırış parlamentini seçib. Səsvermədə ilkin üstünlüyü Yeni Azərbaycan Partiyası təşkil edir. Partiya 125 yerin yarıdan çoxunu qazana bilər. Qalan yerlər 10 partiya arasında bölüşdürülür. Bu gün tam nəticələr bəlli olacaq. Amma seçkilərlə bağlı rəsmi açıqlamalar 20 gündən sonra müəyyən olacaq.

 

"Wall Street Journal": "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bazar ertəsi keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanda hakim partiya olan Yeni Azərbaycan Partiyası 125 yerlik parlamentdə yerlərin 70-nə sahib olub. Qalan yerlərin əksəriyyəti uğrunda gedən mübarizədə isə müstəqil namizədlər qalib gəlib.

"Azərbaycandakı parlament seçkiləri demokratik və şəffaf mühitdə xalqın iradəsini əks etdirəcək şəkildə keçib", -deyə YAP rəsmisi bildirib".

 

"Wall Street Journal" həmçinin Azərbaycanda gedən iqtisadi artımdan danışaraq bildirib ki, hazırda Azərbaycan dünyada neft və təbii qaz təminatını sürətlə artıran ölkələrdən biridir.

 

 

"The Jerusalem Post": Azərbaycanda seçicilər yeni parlament seçdilər:

"Təxminən 700-ə yaxın namizədlər Azərbaycanın -neftlə zəngin olan postsovet ölkəsinin birpalatalı parlamentində 125 yer uğrunda mübarizə apardılar.

Seçkilərdə geniş sayda partiyalar iştirak etdilər eyni zamanda namizədlərin yarıdan çoxu müstəqil olaraq namizədliyini irəli sürmüşdülər.

 

 

"Forbes": "Postsovet ölkəsi olan və Xəzər dənizi sahilində yerləşən neftlə zəngin Azərbaycanda bazar günü keçirilən seçkilərlə bağlı səslərin təxminən 90 faizi hesablanıb. İlkin nəticələrə görə, ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasından olan namizədlər 125 yerlik parlamentdə ən çox yerə sahib olublar".

 

"Business News Europe": "Noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkiləri hakim partiyanın parlamentdə çox yerə sahib olması ilə başa çatdı. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Yeni Azərbaycan Partiyasının namizədləri 125 yerlik təkpalatalı parlamentdə 71 yerə sahib oldular".

 

 

Bütün xəbərlər Facebook səhifəmizdə