ABŞ-da Konqresə dünən keçirilən aralıq seçkilərində prezident Barak Obama və Demokrat Partiyası çox ağır məğlubiyyətə uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seçkilərin ilkin nəticələri demokratların Nümayəndələr Palatasında 57, Senatda isə altı yeri respublikaçılara təhvil verdiyini ortaya çıxarıb.
Bununla da demokratlar Nümayəndələr Palatasında idarəçiliyi respublikaçılara təhvil vermiş oldu. Hələ də dörd yerin sahibinin müəyyən olunmadığı Senatda isə demokratlar indiki vəziyyətə görə yalnız dörd yer üstünlüyünə malikdir. Respublikaçılar Partiyası 435 yerin olduğu Nümayəndələr Palatasında yerlərin sayını 231-ə yüksəltdi və çoxluq üçün lazım olan 218 həddini keçdi. 100 yerlik Senatda isə hal-hazırda demokratların 50, respublikaçıların isə 46 yeri var.
Prezident seçkilərindəki qələbədən yalnız iki il sonra Nümayəndələr Palatasınında idarəçiliyi itirən demokratların yeganə təsəllisi Senatı əllərində saxlamaq oldu. İqtisadi çətinliklər və sərt reaksiya ilə qarşılanan Obamanın səhiyyə islahatlarından yararlanaraq dəstəyini artıran respublikaçılar ölkənin şimal-şərq, cənub və orta ştatlarında demokratların dəstəyini öz tərəfinə çəkməyi bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB