İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı Edvard Nalbandyan və həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvar görüşü zamanı əldə olunan razılaşmalar, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin potensialının genişləndirilməsi üzrə məsələlər müzakirə olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB