Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
SİA-nın verdiyi məlumata görə, Ağdam Dövlət Sosial-İqtisad kollecində baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, rayon ictimaiyyəti, dindarlar, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ağa Zeynalov "İslam Həmrəyliyi İli" çərçivəsində həyata keçirilən silsilə tədbirlərin əhəmiyyəti barədə danışıb. Rayonda 10-dan çox məscidin və bir neçə dini icmanın fəaliyyət göstərdiyini bildirən A.Zeynalov vurğulayıb ki, dini icmalar da öz fəaliyyətlərini İslam həmrəyliyinin təbliği istiqamətində qurublar.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi və respublikada dini durumun sabit saxlanılmasında ölkə rəhbərliyi tərəfindən çox ciddi işlər görüldüyünü bildirib. Bunların təzahürü olaraq 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edildiyini diqqətə çatdırıb. Səyyad Salahlı XXI əsrdə İslam dünyasının bir hissəsinin savaş mənbəyinə çevrildiyini qeyd edib. O deyib ki, Prezident İlham Əliyevin fəaliyyəti bir daha onu göstərir ki, qlobal miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq, məzhəblər arasında etimad yaratmaq, cəhalətdən uzaqlaşmaq lazımdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda Dövlət Komitəsi tərəfindən çap olunmuş maarifləndirici kitablar paylanılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Pentaqon şarlar üçün yeni bir istifadə tapdı...
Dünya 21:29Rusiyanı səfərbərlik gözləyirmi?
Dünya 21:06Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



