Büdcə müzakirələri başladı

Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb. SİA-nın xəbərinə görə, 3 gün davam edəcək iclasda büdcə müzakirələri aparılacaq. Deputatların müzakirə edəcəkləri məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında

7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında

Qeyd edək ki, plenar iclasların yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiqi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə