BTQ-nin açılışı oktyabrın 30-da Bakıda keçiriləcək

BTQ-nin açılışı oktyabrın 30-da Bakıda keçiriləcək
"Bakı-Tbilisi-Qarsa dəmir yolunun rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib. O deyib ki, bu beynəlxalq layihənin açılışında bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək. E.Məmmədyarov gürcü həmkarını bu tədbirə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə