GUAM-ın baş katibi Gürcüstanın XİN başçısı ilə görüşüb

GUAM-ın baş katibi Gürcüstanın XİN başçısı ilə görüşüb
GUAM-ın baş katibi Altay Əfəndiyev Tbilisidə Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş GUAM-ın 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.   Görüşdə Gürcüstanın GUAM-a sədrliyi zamanı həyata keçirilmiş tədbirlər barədə danışılıb. M.Canelidze GUAM-ın 20 illiyinə həsr olunmuş tədbirə Gürcüstanın ev sahibliyi etməsindən qürur duyduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə