Azay Quliyev Türkiyə bələdiyyələrinin başçıları ilə görüşüb

Azay Quliyev Türkiyə bələdiyyələrinin başçıları ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın ofisində bir qrup Türkiyə bələdiyyə başçısı və iş adamları ilə görüşüb.

SİA-nın məlumatına görə, Şuranın qeyri-hökumət təşkilatlarına dəstəyi, o cümlədən maddi yardımı haqqında qonaqlara məlumat verən A.Quliyev ölkədə vətəndaş cəmiyyəti institutlarının dövlət tərəfindən himayə olunduğunu diqqətə çatdırıb. QHT-lərin bələdiyyə və digər özünüidarəetmə qurumları ilə əməkdaşlığının vacibliyini bildirən A.Quliyev çoxəsrlik Türkiyə bələdiyyə sisteminin təcrübəsindən də yararlanmağı faydalı saydığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə