Azərbaycanla-NATO Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yerinə yetirilməsi üzrə müzakirələr keçiriləcək
Bu gün Brüsseldə Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 2-ci dövriyyəsinin yerinə yetirilməsi və 3-cü dövriyyə üzrə yeni sənədin 28+1 formatında müzakirəsi keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabrın 4-də isə Brüsseldə Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu başlanacaq.
FTP-dən əlavə olaraq Beynəlxalq Qərargah Zabitlərinin Tanışlıq kursu Haaqada, Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy proqramı mövzusunda illik konfrans Ohriddə (Makedoniya) oktyabrın 6-da, müəllimlər üçün Təkmilləşdirilmiş Hərbi terminologiya kursu Ohriddə oktyabrın 11-də başlanacaq.
Bu gün həmçinin Ankarada Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən "İmkanlar yaradan kurs" başlanacaq. Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 4-də İzmir şəhərində Uçuş təhlükəsizliyi oriyentasiya kursu start götürəcək.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən Hammelburq şəhərində Hərbi Müşahidəçi kursu baş tutacaq. 17-ci İllik Avropa Ordu konfransı isə oktyabrın 13-dən 15-dək Rumıniyanın Sibiu şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB