“Prezidentlərin görüşü ilin sonuna qədər baş tuta bilər” AÇIQLAMA

“Prezidentlərin görüşü ilin sonuna qədər baş tuta bilər” AÇIQLAMA

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun təşəbbüsü əsasında baş tutub. Başqa sözlə, görüş ATƏT-in Minsk qrupu çərçivəsindən kənarda keçirilib". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Avstriya XİN başçısının münaqişə tərəflərinin nazirlərini qeyri-rəsmi görüşə çağırdığını xüsusi vurğulayan politoloq söyləyib ki, görüş layihəsiz, gündəlik müəyyənləşmədən keçirilib: “Görüş zamanı münaqişəyə aid istənilən məsələ müzakirə edə bilərdi. Görüşün təşəbbüskarı Avstriya tərəfi olduğundan görüşün məqsədini də məhz onlar müəyyənləşdirib. Avstriya mövcud vəziyyətin xüsusiyyətlərini nəzərə alaraq prezidentlərin görüşünün keçirilməsini təklif edir. Buna görə də nazirlər tərəflərin görüşə hazırlıq üzərində işləməyə hazır olduğunu, lakin ilk görüşün sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində görüşməyin zəruri olduğunu bildiriblər. Məhz həmin görüşdə prezidentlərin görüşü üçün konkret təkliflər və ümumiyyətlə gündəliyin mövzularını müəyyənləşdirmək olacaq”.

İ. Vəlizadə hesab edir ki, əgər tərəflər gündəlikdəki məsələlərlə bağlı razılığa gəlsələr, prezidentlərin görüşü cari ilin sonuna qədər baş tuta bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə