“Minsk qrupu həmsədrlərinin erməni vəhşiliyinə verdikləri açıqlamada yeni bir dəyişiklik yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, yenə ikili standart bu teror hadisəsində də özünü göstərir: “Onların bu açıqlaması işğalçı ordunun 2015-ci ilin sentyabrında Tərtərin Qapanlı kəndini atəşə tutması nəticəsində iki qadının və bir uşağın yaralanması zamanı dediklərindən heç nəylə fərqlənmir. Fərqlənmədiyindən də "hay" leşyeyənləri təqribən iki il sonra eyni vəhşiliyi yenə təkrarladılar.
Yeri gəlmişkən, o zaman da "hay"lar nənə və nəvəni yaralamışdılar. Qapanlıda ermənilərin hədəfə aldığı o qızcığazın da adı Zəhra idi və onun da cəmisi iki yaşı vardı. O zaman Allah Tanrıverdiyeva Müşkinazı və nəvəsi balaca Zəhranı doğmalarına yenidən verdi. Bu dəfə düşmən çirkin arzusuna çatdı. Alxanlılı Zəhra balamız uçub getdi. Zəhranın atası Elnur Quliyev qızının intiqamını alacağını deyib. Hamımız Elnuruq, hamımız bu intiqamı alacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB