İlham Əliyev Qırğızıstanın keçid dövrü Prezidenti ilə görüşüb

Sentyabrın 15-də İstanbulda, "Çırağan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olub.

SİA-nın məlumatına görə, görüşdə Qırğızıstanın keçid dövrü Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb, Azərbaycanın Bişkekdə öz səfirliyini açmasını yüksək dəyərləndirib.

Prezident İlham Əliyev deyib ki, ölkəmizin Qırğızıstan ilə əlaqələri, xüsusilə də investisiya qoyuluşlarını inkişaf etdirmək imkanları vardır. Azərbaycan da Qırğızıstanda sabitliyin bərqərar olmasında maraqlıdır.

Görüşdə dövlət başçıları qarşılıqlı əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə