"Cəbhədəki gərginlik Ermənistanda problemləri artıra bilər" AÇIQLAMA

"Cəbhədəki gərginlik Ermənistanda problemləri artıra bilər" AÇIQLAMA

"Azərbaycan ordusunun mayın 16-da işğal altındakı ərazidə Ermənistan ordusuna məxsus "OSA" zenit-raket kompleksini məhv etdikdən sonra Ermənistanın ordu birlikləri tərəfindən Ağdam və Tərtərin cəbhə bölgəsinə yaxın yaşayış ərazilərini atəşə tutması, düşmən ölkənin əsas siyasətini məhz dinc əhaliyə qarşı zorakılıq təşkil etdiyini göstərir. Ermənistan dinc əhalinin öldürülməsi sahəsində artıq "peşəkar"dır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Ermənistan hücuma qarşı əks-hücumla cavab vermək bacarığında deyil: "Düşmən ölkə bizim hər hansı hərbi obyektimizə hücum edə bilməz. Çünki, onlar bunun nə ilə nəticələnəcəyini yaxşı bilirlər. Bunu biz ötən ilin aprel ayında da nümayiş etdirdik. Azərbaycan ordusunun gücü, iradəsi və hərbi potensialı yüksəkdir".

F. Sadıqov qeyd edib ki, "OSA" zenit-raket kompleksini məhv edilməsindən sonra düşmənin cəbhədə vəziyyəti gərginləşdirməsi onların tərzinə uyğundur: "Çünki bunun üçün nə güc, nə də ağıl lazım deyil. Düşmən ölkə aprel döyüşlərindən nəticə çıxarmalı, yüksək hərbi texnikamızın, eləcə də hərbi potensialımızın olduğunu anlayaraq dinc əhalimizə qarşı zərbə endirmək əvəzinə, ölkəmizlə kompramisə girərək, torpaqlarımızın azad etməlidir. Amma bütün hallarda düşən ölkə təşvişdədir. Bildiyiniz kimi, Ermənistanda müdafiə nazirinin iki müavini istefaya göndərilib, digər kadr dəyişikliyi edilir. Lakin düşmən ölkə düşünmür ki, bu cür gərgin onların problemlərinin daha da artmasına səbəb ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə