Federal Təhlükəsizlik Bürosunun (FTB) rəhbəri Ceyms Kominin ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Hillari Klintonun dövlət katibi işlədiyi dövrlərdə şəxsi elektron poçtu vasitəsilə dövlət əhəmiyyətli yazışmalar aparması ətrafında araşdırmaların yenidən bərpası istiqamətində konqresə ünvanladığı məktubu ətrafında qalmaqallar artır. SİA-nın məlumatına görə, bu barədə ABŞ KİV-ləri yazır. İnformasiyalarda qeyd edilir ki, buna baxmayaraq, Klntonun seçki qərargahı mövzunun şişirdildiyini iddia edir və mətbuatı inandırmağa çalışır ki, sözügedən informasiya həqiqətə uyğun deyil.
"Biz FTB-nin istintaq işini "bərpa" etməsi ətrafında bənzər şişirdilmələri əvvəllər də görmüşük. Lakin Kominin sözləri bu iddianı təsdiq etmir"-deyə Klintonun seçki qərargahının rəhbəri Con Podestanın sözlərini Amerika mətbuatı dərc edib.
Bununla yanaşı, Podesta FTB-dən tələb edib ki, bu qurum məsələ ilə bağlı ictimaiyyətə dolğun informasiya versin və söhbətin hansı məktublardan getdiyini, eləcə də Klintona nə qədər aid olub-olmamasnı açıqlasın.
"Seçkilərə 11 gün qalmış bu cür halların baş verməsi anlaşılan deyil. FTB direktoru Amerika xalqına öyrəndikləri hər bir detal barədə məlumat verməlidir"-deyə seçki qərargahının rəsmi bəyanatından bildirilib.
Daha öncə KİV-lərdə belə bir informasiya yayılmışdı ki, FTB direktoru Klintonun sözügedən işi barədə məktub göndərəcəyi xəbərdarlığını etmişdi. Sonradan onun məktubu mətbuata sızaraq ictimailəşmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB