Politoloq: “İki ölkə arasında əməkdaşlıq daha da möhkəmləndirilməlidir” AÇIQLAMA
"Düşünürəm ki, bir Avropa dövləti olaraq Xorvatiya ilə ikitərəfli əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir". Bunu SİA-ya siyasi şərhçi Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq daha da möhkəmləndirilməlidir: "Məlumdur ki, görüş vaxtı minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında, diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında protokollar imzalanıb. Gələcəkdə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində, o cümlədən Xorvatiyadan gəmilər almaq, enerji, gəmiqayırma, kənd təsərrüfatı, hərbi müdafiə sənayesi, turizm,mədəni əlaqələr və qarşılıqlı sərmayələrin qoyulması ilə bağlı razılıqlar olub. Əsas məsələlərdən biri təbii ki, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı aparılan danışıqlar barədə də dəqiq məlumatın çatdırılması idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB