"Qarabağ münaqişəsi Azərbaycanın əsas problemi olaraq qalır" Markov

"Qarabağ münaqişəsi Azərbaycanın əsas problemi olaraq qalır" Markov

"Rusiya-Azərbaycan münasibətləri çox yaxşı səviyyədədir". SİA-nın məlumatına görə, bunu tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov "Vestnik Kavkaz" saytına müsahibəsində deyib. O xatırladıb ki, iki ölkənin münasibətlərinin yaxşı olmasının bir çox əsasları var: "Rusiya Prezidenti Vladimir Putinin 2013-cü ilin avqust ayında Prezident seçkiləri ərəfəsində Bakıya səfəri zamanı Xəzər dənizində hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalandı. Bundan əlavə, ölkə arasındakı yaxşı münasibətlər bir tərəfdən Azərbaycan diasporunun Rusiyada əhəmiyyətli fəaliyyəti, digər tərəfdən Azərbaycanda rus mədəniyyətinin inkişafıdır. Demək olar ki, Azərbaycan eyni zamanda rus və türk dünyasında yerləşir. Məhz bu iki aləmdə mövcudluğu ölkənin əsas xüsusiyyətinin parlaq ifadəsidir".

Politoloq əlavə edib ki, Rusiya-Türkiyə münaqişəsi zamanı Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə gözəl münasibətlərini saxladı: "Diqqət etdinzsə, Azərbaycandakı seçkilər həm Rusiya, həm Qərb ölkələri tərəfindən eyni zamanda tanındı. Bu, keçmiş sovet məkanında nadir halda baş verir. Adətən ya biz, ya onlar ölkələri tənqid edirlər. Azərbaycan çalışır ki, hər kəslə dostluq etsin".

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın inkişafına nə kimi təsiri olması barədə danışan Markov deyib ki, əlbəttə ki, münaqişənin mənfi təsirləri olub: "Bir milyona yaxın qaçqın var, ölkədəki resurslar daimi güclü ordunun qurmağa yönəldilir, münaqişənin iqtisadi inkişafa da təsiri var, dövlət başçısı problemin diplomatik həll yollarını axtarmağa böyük səylər sərf edir. Dağlıq Qarabağ münaqişəsi əvvəlki kimi Azərbaycanın həll edilməmiş əsas problemi olaraq qalır".

S.Markov müasir Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin böyük töhfə verdiyini vurğulayıb: "Həmçinin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın vacib rolları var. İlham Əliyev Azərbaycanın effektiv idarəçiliyini həyata keçirir, Mehriban Əliyeva isə ölkənin xaricdə cəlbedici olması üçün işlər görür.

Politoloq hesab edir ki, Azərbaycanın gələcəkdə də inkişafı davam edəcək. Qarşıda Dağlıq Qarabağ münaqişəsinin həlli, neft və qaz sektorundan kənarda yüksək texnologiyalı sənayenin inkişafı və regionla iqtisadi birliklərə inteqrasiya var.

Bütün xəbərlər Facebook səhifəmizdə