Avroparlamentari yazır: “ABŞ, Fransa və Böyük Britaniya günahkardır” SURİYAYA GÖRƏ
Avroparlamentin Çexiyadan olan deputatı Yaromir Koliçek daha öncə səsləndirdiyi fikirlərini bir daha təsdiq edib. SİA Suriyanın Sana agentliyinə istinadən xəbər verir ki, avropalı deputat Suriyada baş verən qanlı olayların günahkarlarının ABŞ, Fransa və Böyük Britaniya olduğunu Çexiyada nəşr olunan "Halo Novina" qəzetindəki məqaləsində vurğulayıb. Deputatın sözlərinə görə, bu ölkədə destabilizasiyanın yaranmasında məhz bu üç dövlətin təqsiri var. Koliçek deyib ki, müharibəyə qədər Suriya bütün sahələr üzrə inkişaf edən, eləcə də dinlər və məzhəblərarası dialoq mərkəzi kimi digər ərəb dövlətlərinə nümunə olub. "Məhz qaz kəmərlərinin Ərəb körfəzindən keçməsi istiqamətində Rusiya ilə münasibətlərinə yenidən baxılması, həmin kəmərlərin Türkiyədən keçməsi üçün Qərbin tələblərini rədd edən, bununla bağlı özünün müstəqil qərarını verən Suriya hücumlara məruz qaldı"-deyə qeyd edilən məqalədə bildirilir ki, Qərb ölkələri sözdə "ərəb baharı" adlı planı Suriyaya qarşı tətbiq etməyə başladılar.
Yaromir Koliçek Qərb ölkələrinin legitim hakimiyyətə qarşı çıxış edən "müxalifətçiləri" silahlandırıb onların potensial terrorçulara çevrilmələrinə şərait yaratdıqlarını vurğulayıb. "Bununla yanaşı, Qərb ölkələri radikal islamçıları silahlarla təchiz edərək, onları bu ölkənin ərazilərinə göndərib"-çexiyalı Avroparlament deputatı yazır.
Deputat eyni zamanda Suriyanın kənardan informasiya hücumlarına da məruz qaldığını qeyd edib. SİTAT: "Demək olar ki, hər gün kütləvi və heç bir reallığa əsaslanmayan informasiyalar yayılır ki, Suriya hökuməti Şərqi Hələbdə mülki vətəndaşları öldürür və s. KİV-lər beynəlxalq ictimaiyətə sırımağa çalışır ki, guya Suriya və Rusiya hərbi hava qüvvələrinə məxsus təyyarələr mülki vətəndaşları bombardmanlara məruz qoyur".
Yaromir Koliçek qeyd edir ki, əslində Suriya haqqında yazılan məlumatlar kökündən yalandır və ABŞ, Fransa və Böyük Brtitaniya nümayəndələrinin BMT Baş Assambleyasındakı çıxışları tamamilə yalandan ibarətdir. Deputat Suriyada siyasi böhranın aradan qaldırılması üçün bu ölkələrin göstərdikləri təşəbbüslərə inanmadığını bir daha vurğulayb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB