Avstriya hökuməti alman faşizminin lideri Adolf Hitlerin (1889-1945) doğulduğu evi sökməyi planlaşdırıb. Ev ölkənin qərbində yerləşir. SİA xəbər verir ki, bu barədə "Die Presse" nəşri Avstriyanın daxili işlər naziri Volfanq Soobotkiyə istinadən yazır.
Söhbət, Yuxarı Avstriya torpağının Braunau-am-İnn şəhərində yerləşən və Hitlerin doğulduqdan sonra üç il yaşadığı üçmərtəbəli binadan gedir. Sobotkinin sözlərinə görə, qərar ekpertlərin araşdırmalarından sonra verilib və layihənin reailzəsi üçün Avstiya parlamentində mövcud məsələ müzakirə olunacaq.
Sobotka deyib: "Hitlerin evi söküləcək. Zirzəminin plitə örtüyü qala bilər, ancaq onun yerinə yeni bina inşa ediləcək. Sonradan yeni bina ya xeyriyyəçilik üçün, ya da dövlətin ehtiyacları üçün istifadə olunacaq".
Nəşr qeyd edir ki, ilkin qərar hələ aprel ayında verilmişdi. Ancaq ölkə parlamenti buna qarşı sanksiya qoymuşdu. Belə ki, binanın sahibinə kompensasiya ödənilməlidir. Hətta bunun üçün federal qanunda dəyişikliklər də olacaq.
"Nachrichten" nəşri isə yazır: "Hökumətin daxili siyasət idarəsinin nümayəndəsi Karl-Haynts-Qryundbok isə daa öncə bəyan etmişdi ki, nasistlərin həmin evdən istifadələrinin məhdudlaşdırılması üçün dövlət binanın mövcud sahibinə kompensasiya ödəməlidir. Məhz bundan sonra bina dövlətin nəzarətinə keçəcək".
Hitlerin doğulduğu ev 1938-ci ildə reyxslyater Martin Borman tərəfindən o vaxtların dəyərinə görə, bazar qiymətindən qat-qat bahaya alınmışdı.
Sonradan buna mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib və alman faşistləri geri çəkilərkən, binanı partlatmağa cəhd göstərsələr də buna nail ola bilməyiblər. Onlara şəhərə daxil olan ABŞ hərbi hissələri mane olub.
1952-ci ildə bina kompensasiya şəklində Pommer ailəsinə geri qaytarılıb. Ev bir müddət kitabxana, məktəb, bank, emalatxanalar və əlillər üçün mərkəz kimi fəaliyyət göstərib.
Daxili işlər nazirliyi binanı 2011-ci ilə qədər kirayələyib. Hazırda bina boş və istifadəsiz haldadır.
2012-ci ildə isə Rusiya dumasının deputatı Frans Klinseviş Hitlerin doğulduğu evi alaraq, onu dağıtmaq istədiyini bəyan etmişdi. Lakin o, bu a nail olmadı. Avstriya hökuməti binanın 17-ci əsrə aid olduğunu və arxitektura tikilisi olduğunu bildirmişdi.
Hökumət buna sahibinə hər ay 4800 avro kirayəpulu ödəyib. Lakin ev sahibəsi evin hər hansı istiqamətdə fəaliyyət göstərməsinə izn verməyib.
Onu da qeyd edək ki, antifaşistlər binanın sökülməsi üçün sorğu keçiriblər və bir çox avstriyalı Hitlerin tarixdən silinməsi üçün "Hitler kaput" şüarı ilə keçirilən sorğuda fəallıq göstəriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB