"Bizim vəziyyəti dəyişib, səhvlərimizi aradan qaldırmağımız üçün bir ay vaxtımız var. Aprelin əvvəllərində baş verən 4 günlük müharibə zamanı itirdiklərimiz hakimiyyətin "yuxulu" xarici siyasət apardığını göstərir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaradılmış oyuncaq qurumun "keçmiş xarici işlər naziri" Arman Melikyan deyib.
Onun sözlərinə görə, Ermənistan aprel hadisələrinə qədər naməlum status-kvo ilə məşğul idi:"Təəssüf ki, Ermənistanda heç bir siyasi qüvvənin münaqişənin həlli ilə əlaqədar konkret planı yoxdur. Bizim mövcud vəziyyəti dəyişmək, səhvlərimizi bərpa etmək üçün 1 ay vaxtımız var. Bu müddət ərzində Ermənistan hakimiyyəti öz siyasi iradəsini ortaya qoymalıdır. Hazırda bizə inqilab deyil, siyasi gedişdə dəyişiklik lazımdır. Ermənistan dünyada təcavüzkar kimi qəbul edilə bilməz. Bunun üçün təcili qərar qəbul etmək lazımdır. Yoxsa vəziyyət daha da ağırlaşa bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB