Hərbi Liseyin yaranmasının 45 illiyi qeyd edilib

C.Naxçıvanski adına Hərbi Liseydə təhsil ocağının yaranmasının 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı Hərbi Liseyin keçmiş məzunları da iştirak ediblər. Rəsmi hissədən sonra Müdafiə Nazirinin əmrinə əsasən, liseyin bir qrup şəxsi heyəti təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyərlə təltif olunub.

Mərasimdən sonra Zabitlər Evinin mahnı və rəqs ansamblı konsert proqramı ilə cıxış edib.

Daha sonra liseyin yaranmasının 45 illik yubileyinə həsr olunan idman bayramı keçirilib. Kursantlar bir neçə idman növü üzrə yarışıblar.

Sonda qaliblər liseyin rəisi, polkovnik Rüfət Əmirov tərəfindən təltif olunublar. Yubiley tədbirləri çərçivəsində "Hərbi təhsil və Hərbi Lisey" mövzusunda konfrans da təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə