Bu gün daha bir qrup gənc tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evi qarşısında etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiyada gənclər Əli Kərimlinin sosial şəbəkədə anti-azərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiribər.
Gənclər "Əli Kərimli, sənin məqsədin erməninin məqsədi ilə eynidir", "Liderini satan, dövlətini də satar", "Pərdə arxasında gizlənmə", "Oğlun fərarilik edir", "Xainin vətəni olmur, vətəndaşlıqdan çıx", "Liderinə xəyanət edən Əli Kərimli erməniyə də satılar" kimi şüarlar səsləndiriblər.
Aksiya zamanı kiçik bir insident də yaşanıb. Belə ki, müxalifət gəncləri aksiya iştirakçılarını təhqir edərək onları "tüpürcək"ləyib.
Polisin müdaxiləsindən sonra insident aradan qaldırılıb və dinc aksiya dağıdılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB