Dağlıq Qarabağ münaqişəsində ATƏT-in rolu müzakirə edildi

Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalninya-Lukaşevitsa Almaniyanın ATƏT-ə sədrliyinin aktual məsələlərini, habelə Ukrayna və Dağlıq Qarabağ münaqişələrinin həlli məsələsində ATƏT-in rolunu müzakirə etmək üçün Berlində Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyinin xüsusi nümayəndəsi, Bundestaqın deputatı, Xarici işlər komitəsinin üzvü Gernot Erlerlə görüşüb. SİA xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması imkanları və bu məsələdə ATƏT-in mühüm rolu müzakirə edilib. Z.Kalninya-Lukaşevitsa deyib: "Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə və sabitliyə xeyli təsir göstərmək iqtidarındadır və onun nizama salınması ATƏT-in gələcəyi haqqında diskussiyaların mühüm məsələsinə çevrilə bilər".

Münaqişənin eskalasiyasının qarşısının alınması Almaniyanın ATƏT-ə sədrliyinin gündəliyinin ön planına çıxdığını etiraf edən G.Erler bildirib ki, bu işdə ATƏT-in Fransa, Rusiya və ABŞ-ı təmsil edən Minsk kontakt qrupunun həmsədrləri həlledici oynayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...