Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlətimizin başçısını müşayiət edən nümayəndə heyətinin üzvü, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb. Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən SİA-ya bildirib ki, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB