Asim Mollazadə: “Rəsmi Bakı öz təzyiqlərini davam etdirməlidir” AÇIQLAMA

Asim Mollazadə: “Rəsmi Bakı öz təzyiqlərini davam etdirməlidir” AÇIQLAMA

"Dağlıq Qarabağda xarici şirkətlərin investisiya yatırmaları ilə bağlı yayılan məlumatlar əslində erməni propoqandasının bir üsuludur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, investisiya dedikdə əslində bu, Ermənistan şirkətlərinin bir sıra ölkələrdə ermənilərə, diaspora məxsus olan şirkətlərin fəaliyyətidir: "Amma Azərbaycan tərəfi mütləq şəkildə bu prosesə diqqətlə baxmalıdır. Ölkəmizin işğal olunmuş ərazilərində hansısa iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər mütləq qeydə alınmalıdır. Onların diqqətinə çatdırılmalıdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində hansısa fəaliyyət göstərmək beynəlxalq hüquq normalarına ziddir və bu nöqteyi-nəzərdən ölkəmiz bütün bu şirkətlərlə bağlı öz işlərini, təzyiqlərini davam etdirməlidir. Bu, beynəlxalq hüquq normalarını kobud surətdə pozmaq deməkdir. Bunun üçün də rəsmi Bakı tək BMT çərçivəsində deyil, eləcə də beynəlxalq təşkilatlarda bu məsələni gündəmdə saxlamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə